Futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb

17-10-2025, 11:24           
Futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb
2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.
Bu barədə FIFA sosial media hesabında bildirib.

Turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər birində dörd komanda olmaqla 12 qrupa bölünən 48 yığma mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutan komandalar, üçüncü yerdə qərarlaşan səkkiz ən yaxşı milli ilə birlikdə mundialın pley-off mərhələsinə yüksələcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]