İngiltərə Premyer Liqası oyunçularının fantastik dəyəri

18-10-2025, 12:34           
İngiltərə Premyer Liqası oyunçularının fantastik dəyəri
"Transfermarkt" Avropanın futbol çempionatlarındakı oyunçuların ümumi dəyərləri ilə bağlı yeni siyahı dərc edib.

QOL.az xəbər verir ki, hazırda qitənin ən dəyərli çempionatı İngiltərə Premyer Liqasıdır.

Yay transfer pəncərəsindən sonra sözügedən liqadakı oyunçuların ümumi dəyəri 756,25 milyon avro artaraq 12,78 milyard avro olub.

Çempionatın ən bahalı komandası "Arsenal" olaraq qalır - 1,21 milyard avro. "Mançester Siti" isə 1,21 milyard avro ilə 2-cidir.

Qitənin 2-ci ən dəyərli liqası İspaniya La Liqasıdır - 5,57 milyard avro. 3-lüyü İtaliya A seriyası tamamlayır - 5,44 milyard avro.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]