“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim” – Liberknext

28-10-2025, 00:08           
“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim” – Liberknext
Almaniyanın “Kayzerslautern” klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

“Ötən ilin aprelində “Kayzerslautern” “Nürnberq”lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim”.

Qeyd edək ki, həmin matçda “Nürnberq”in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan “Kayzerslautern” o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]