“Galatasaray” qapıçısı 6-cı saniyədə qol buraxdı, tarixə düşdü

10-12-2025, 16:44           
“Galatasaray” qapıçısı 6-cı saniyədə qol buraxdı, tarixə düşdü
Uğurcan Çakırın zədələnməsindən sonra meydana çıxan “Qalatasaray”ın qapıçısı Günay Güvenç Monako ilə səfər matçında altıncı saniyədə qol buraxıb.

Referans Media xəbər verir ki, bununla da o, anti-rekord edərək tarixə düşüb.

Zədə səbəbi ilə oyunu davam etdirə bilməyən Uğurcan Çakır əvəzləndikdən dərhal sonra, onun yerinə meydançaya daxil olan Günay Güvenç böyük şok yaşayıb. Monakonun künc zərbəsi zamanı hələ mövqeyini tam tuturmuş kimi görünməyən təcrübəli qapıçı qərarsızlıq edib. O, əvvəlcə topa müdaxilə etməkdən çəkinib, daha sonra qapıya qayıtmağa çalışsa da, Folarin Balogunun yaxın məsafədən endirdiyi zərbənin qarşısını ala bilməyib.

Günayın cəmi 6 saniyə sonra, 67:35-də qol buraxması tənqidlərə səbəb olub.

Qeyd edək ki, “Qalatasaray” səfərdə “Monako” ya 1:0 hesabla məğlub olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]