FİFA 2025-ci ilin ən yaxşı qapıçısını açıqladı - RƏSMİ

17-12-2025, 10:44           
FİFA 2025-ci ilin ən yaxşı qapıçısını açıqladı - RƏSMİ
“Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçilib.
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Cari ildə italiyalı qolkiper PSJ ilə Fransa çempionatını, Çempionlar Liqasını və ölkə kubokunu qazanıb. Yayda Cici 35 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Donnarumma həmçinin Çempionlar Liqasında mövsümün simvolik komandasına da daxil edilib.

“Mançester Siti”nin heyətində Donnarumma indiyədək bütün turnirlərdə 18 matç keçirib, bu oyunlarda 16 qol buraxıb və 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, ötən il The Best FIFA 2024 mükafatına “Aston Villa”nın qapıçısı Emiliano Martines layiq görülmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]