İngiltərə Liqa Kuboku: İlk yarımfinalçı bəlli oldu VİDEO
17-12-2025, 10:35
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk qarşılaşmada "Çelsi" "Kardif Siti"nin qonağı olub.
Meydan sahiblərinin müqavimətinə baxamayaraq, mərhələni adlayan "zadəganlar" olublar. London təmsilçisi Uels klubunun qapısından üç top keçirib. Qarnaço (57, 90+3) və Neto (82) fərqləniblər. "Kardif Siti"nin gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa çatıb. Ternbul (75) adını tabloya yazdırıb - 1:3.
Qeyd edək ki, dekabrın 17-də daha iki 1/4 final görüşü baş tutacaq. "Mançester Siti" "Brentford", "Nyukasl" isə "Fulhem" ilə mübarizə aparacaq. Mərhələyə dekabrın 23-də "Arsenal" - "Kristal Pelas" matçı ilə yekun vurulacaq.