"Mançester Yunayted"dən türkiyəli futbolçu üçün 100 milyon avroluq təklif
21-12-2025, 09:38
"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi Kenan Yıldızı transfer etmək üçün 100 milyon avro (88 milyon funt sterlinq) təklif etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, "TEAMtalk"un məlumatına görə, Londonun "Arsenal" klubu da onunla maraqlanır.
20 yaşlı Yıldız hələ "Yuventus"la uzunmüddətli müqavilə imzalamadığı üçün Premyer Liqa klublarının hədəfinə çevrilib. Hər iki klub bir neçə dəfə danışıqlar aparsa da, razılığa gələ bilməyib.
"Mançester Yunayted" inanır ki, bu məbləğ "Yuventus"u ulduz oyunçusunu buraxmağa inandıracaq. Əgər "Old Trafford"a transfer baş tutarsa, türkiyəli futbolçu 10 nömrəli formanı geyinərək sol cinah hücum yarımmüdafiəçisi mövqeyi uğrunda Mateus Kunya ilə rəqabət aparacaq.