Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu

Bu gün, 15:44           
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
PSJ futbol klubu və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi olub.

"Çempionat" xəbər verir ki, bu nəticə ilə Hakimi futbol tarixində Afrikadan olan ən çox titullu oyunçuya çevrilib.

Onun ümumi titul sayı 19-a çatıb. Bundan əvvəl rekord Kamerun millisinin sabiq futbolçusu Samuel Eto'Oya məxsus idi (18 titul).

Qeyd edək ki, Hakimi Paris klubunun heyətində beş dəfə Fransa çempionu olub, iki dəfə Fransa Kubokunu, üç dəfə isə ölkə Superkubokunu qazanıb.

O, həmçinin PSJ ilə iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub və bir dəfə UEFA Superkubokunu əldə edib. Bundan əlavə, futbolçu "İnter", "Borussiya Dortmund" və "Real Madrid"də də çıxış etdiyi dövrlərdə müxtəlif titullar qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru