"Unibank" təsdiqlədi: Bankın rəhbəri dəyişib

28-04-2015, 11:45           

"Unibank" ASC-nin rəhbərliyində yeni təyinatlar olub.

Bankdan Trend-ə bildiriblər ki, kadr dəyişiklikləri nəticəsində aprelin əvvəlindən icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant qalmışdı.
İcraçı direktorun birinci müavini vəzifəsinə isə Emin Rəsulzadə təyin olunub. O, eyni zamanda, "Unibank" İdarə heyətinin üzvü, maliyyə işləri üzrə direktor və baş maliyyə administratoru vəzifələrində çalışır.
Bundan əvvəl X.Əhədovun tutduğu pərakəndə bank xidmətləri üzrə direktor vəzifəsinə isə İcra Komitəsinin üzvü Taleh Tahirli təyin olunub.
Bu təyinatadək T.Tahirli Unibank-da Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri olub.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

Xatırladaq ki, "Unibank"ın icraçı direktoru Cəlal Qasımov "PaşaBank"ın İdarə Heyətinin sədri təyin edilib. "PaşaBank"ın İdarə Heyətinin sədri Fərid Axundovun isə öz növbəsində Beynəlxalq Banka sədr gətirildiyinə dair məlumatlar yayılsa da, Bank bu xəbəri təkzib etdi. Bankdan verilən məlumata görə, Cahangir Hacıyevin yerinə təyinat iyul ayında baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru