Ceyranbatan anbarına su ötürən kanalın üstündəki yol çökdü

29-04-2016, 09:32           

Quba-Xaçmaz avtomobil yolu bağlana bilər.

"Report" xəbər verir ki, buna səbəb Xaçmazdan Qubaya gedən yolun 2-ci km-liyində təhlükə yaranmasıdır.

Belə ki, artıq 15 gündür magistralın alt hissəsindən keçən "Xan arxı"ı su kanalının üzərindəki yolda çökmə müşahidə olunur. Sürücülər bildirirlər ki, hər gün yol yatır və avtomobillərin qabaq hissəsi su kanalının üzərindən sürətlə keçərkən asfalt-betona deyir. Sürücülər və kənd sakinləri hər an su kanalının üzərindəki yolun çökə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər: "Əgər "Xan arxı" çöksə, Xaçmaz suyun altında qala bilər".

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov sayta açıqlamasında bildirib ki, məsələylə bağlı Xaçmaz 5 Saylı Yol İstismar İdarəsinə (Yİİ) tapşırıqlar verilib: "Aprelin 29-da "Xan arxı" su kanalının üzərindəki yoldakı çökmə problemi aradan qaldırılacaq".

Qeyd edək ki, Armudpadar kəndi ərazisindən keçən "Xan arxı" ilə uzun illərdir Ceyranbatan su anbarına su ötürülür.
Ceyranbatan anbarına su ötürən kanalın üstündəki yol çökdü













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru