Beyləqanda məmurlara ot yoldururlar... - Yeni uyğulama

11-05-2016, 17:48           
Beyləqanda məmurlara ot yoldururlar... - Yeni uyğulama
Mayın 6-da Beyləqan rayon İcra Hakimiyyətində toplantı keçirilib.
Vizual.az-a verilən məlumata görə, iclasda kənd icra nümayəndələri və kənd bələdiyyə sədrləri iştirak edib.
Tədbirdə məmurlara bir sıra mühüm tapşırıqlar verilib. İcra başçısı Vaqif Abdullayev onlara kəndlərinin ərazilərinin çox və ya azlığını nəzərə alaraq pambıq əkmələri barədə göstəriş verib.
Məlumata görə, pambıq əkilməsinin bütün xərclər onların üzərinə düşür. Məhsul yetişərsə, kimə, hara, neçəyə satılacağı haqda heç bir müqavilə tərtib olunmur.
Ancaq rayon rəhbərliyi tərəfindən göstəriş verilib ki, pambıq əkin. Qeyd edək ki, oxşar tapşırıq Göyçayda da verilmişdi. İcra başçısı Mübariz Ağayev məcburi pambıq əkdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru