AXCP fəalı həbs edilib

8-11-2016, 15:42           

Vüsal Zeynalov polisə müqavimətdə ittiham olunur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Vüsal Zeynalov Ağstafa rayonunda (Bakıdan 442 kilometr qərb) saxlanılıb. Fəal Ağstafa rayonunda qeydiyyatdadır və orada olarkən saxlanılıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, V.Zeynalov polisə müqavimət ittihamı əsasında Ağstafa rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 20 sutka həbs edilib.

AXCP Vüsal Zeynalovun həbsinin sosial şəbəkələrdə tənqidi statusları ilə bağlı olduğunu güman edir.

Öz növbəsində, fəalın saxlanılması ilə bağlı rəsmi qurumlar hələ açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru