Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycan və Ermənistana gəldi.... NƏTİCƏSİ....

Bu gün, 00:06           
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycan və Ermənistana gəldi.... NƏTİCƏSİ....
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Azərbaycana gəldi, bizi təriflədi, qaz satışının davamından danışdı.
Ermənistana getdi, İrəvana Avropanın tam dəstəyini ifadə etdi və milyardlarla avroluq sazişlərin əsasını qoydu.
Razılaşmalara görə, Ermənistanda istehsal olunub Avropaya satılan hər 100 məhsulun 80-i Aİ sərhədindən keçərkən heç bir gömrük rüsumu ödəməyəcək.
Normalda bir ölkə Avropaya mal gətirəndə, avropalı istehsalçıları qorumaq üçün həmin mallara yüksək gömrük rüsumu tətbiq edir. Bu da məhsulun qiymətini artırır və Avropa istehsalçıları ilə rəqabəti çətinləşdirir.
Amma bağlanan sazişlərdən sonra erməni məhsulları Avropa bazarında daha ucuz, daha rəqabətqabiliyyətli olacaq və erməni sahibkarları daha çox qazanc əldə edəcəklər.
Ermənistanın ən güclü ixrac sahələrindən biri spirtli içkilərdir. Avropa İttifaqı bu kateqoriyadan olan məhsulların 90 faizdən çoxuna yaşıl işıq yandırır. Bu mallar kvota, süni gömrük ləngiməsi və digər maneələr olmadan Avropa bazarına daxil ola biləcək.
Beləliklə, əvvəllər əsasən Rusiyaya gedən meyvə, tərəvəz, bitki məhsulları, eləcə də erməni konyakı və şərabının 99 faizi üçün indi Aİ bazarına yol açılır.
Bununla yanaşı, nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahələrinə yönələn qrantlar da ayrılıb. Bu layihələrin 2 milyard avroya qədər investisiya cəlb etmək potensialı olduğu bildirilir.
Ermənistan hazırda postsovet məkanında Aİ ilə vizaların ləğvi mövzusunda aktiv dialoq aparan yeganə ölkədir. Paşinyan hədəf kimi 2029-cu ili göstərib.
Ortaya ciddi bir maneə çıxmasa, 3–4 ilə Ermənistanın bir çox sahədə hansısa Avropa İttifaqı ölkəsindən ciddi fərqi qalmayacaq. Fermerlər və istehsalçılar mallarını rahatlıqla Avropa bazarına çıxara biləcəklər, vətəndaşlar isə istədikləri Aİ ölkəsinə sərbəst gedib-gəlmək, yeni iş imkanları qazanmaq imkanı əldə edəcəklər.
Orxan Atabəy
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru