“Apple” “iPhone 17” modellərinin istehsalını azaltdı - SƏBƏB

Bu gün, 00:09           
“Apple” “iPhone 17” modellərinin istehsalını azaltdı - SƏBƏB
“Apple” “iPhone 17” seriyası üçün istehsal planını təxminən 15 faiz azaltmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, şirkət bu addımı satışlarda ilk aylardakı yüksək tempin zəifləməsi və istifadəçilərin sentyabrda təqdim ediləcəyi gözlənilən “iPhone 18” seriyasını gözləməyə başlaması səbəbilə atıb.

Məlumata görə, qlobal smartfon bazarında ümumi yavaşlama müşahidə olunur və “Xiaomi”, OPPO, Vivo və Honor kimi digər istehsalçılar da tədarük hədəflərini 15-30 faiz azaltmağı planlaşdırırlar.

Buna baxmayaraq, “iPhone 17” seriyası 2026-cı ilin ilk rübündə dünyanın ən çox satılan smartfonları arasında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru