Hindistanlı din xadimi məsciddə beş yaşlı qıza təcavüz etməkdə ittiham olunub. İqtisadiyyat.az xəbər verir ki, bu barədə CSR Journal məlumat yayıb.
Hadisə 2023-cü ildə Karnataka ştatında baş verib. 22 yaşlı gənc uşağa dini obyektə təcavüz edib və onun hərəkətləri kameralara düşüb.
"Hadisədən sonra uşağın valideynləri ictimai qınaqdan qorxduqları üçün polisə müraciət etməyə tələsməyiblər. Lakin kameralardan çıxarılan görüntülər sonradan sosial şəbəkələrdə yayılaraq internetdə geniş müzakirələrə səbəb olduğu üçün ailə polisin də iştirakı ilə ədalət axtarmaq qərarına gəlib”,- nəşr yazıb.
Uşaq hər şeyi polisə danışdıqdan sonra məmurlar cinayət işi açıblar. Təqsirləndirilən şəxs həbs edilib, hazırda istintaq davam edir.