Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB

Bu gün, 11:58           
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
2025-ci ildə Azərbaycanda idxalın faktiki dəyərinin proqnoz göstəricilərindən geri qalması, eləcə də ƏDV-yə cəlb olunan idxalın 2024-cü illə müqayisədə azalması şəraitində Dövlət Gömrük Komitəsinin (DGK) xətti üzrə təmin edilməli büdcə gəlirləri proqnoza nisbətən kəsirlə icra edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən il Komitənin xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat vəsait daxil olub ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 230,1 milyon manat və yaxud 3,5 %, əvvəlki ilə nisbətən isə 278,8 milyon manat və yaxud 4,2 % az olub.

Hesabat ilində qeyri-monetar qızıl istisna olmaqla idxalın faktiki dəyəri proqnoz göstəricisindən 306,2 milyon ABŞ dolları və yaxud 1,7 % az – 18 milyard 115 milyon ABŞ dolları təşkil edib. 2025-ci ildə gömrük ödənişlərinin idxalın məbləğində nisbət göstəricisi 2023-cü və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndləri azalaraq 20,7 %-ə enib.

2024-cü illə müqayisədə hesabat ilində ƏDV-yə cəlb olunan idxalın dəyərinin 333,5 milyon ABŞ dolları və yaxud 2,5 % azalaraq 12 milyard 782,5 milyon ABŞ dolları təşkil etməsi DGK üzrə gəlirlərin idxalın məbləğndə nisbət göstəricisinin azalmasına təsir edən amillərdən olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru