"Adidas" kilsədə dəb gecəsi təşkil etdi və mübahisələrə səbəb oldu
8-08-2025, 16:38
Almaniyanın məşhur idman geyimləri istehsalçısı "Adidas" Çinin Şanxay şəhərində yerləşən bir kilsəni brendləyərək özünün "Adidas Originals" xətti üçün dəb gecəsi təşkil edib. Bu barədə NTV xəbər verir.
Bildirilir ki, tədbir zamanı kilsənin interyeri "Adidas"ın simvolu olan üç zolaqla bəzədilib, binanın fasadına isə "Adidas Originals" loqotipinin silueti asılıb.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu addımı qeyri-etik və dini məkanların ticarət məqsədilə istifadə olunması kimi qiymətləndirsə də, digərləri böyük maraqla qarşılayıb.