Brent markalı neftin qiyməti 81 dolları keçib 2-03-2026, 08:32 Londonun "Intercontinental Exchange" (ICE) birjasında Brent markalı neftin qiyməti bir barel üçün 81 ABŞ dollarını ötüb.TASS xəbər verir ki, bu göstərici 23 iyun 2025-ci ildən bəri ilk dəfə qeydə alınıb.Hərrac məlumatlarına əsasən, Brent markalı neft həftənin ilk ticarət gününün əvvəlində 12,2% bahalaşıb.Qiymət artımı Yaxın Şərqdə gərginliyin artması fonunda baş verir. Facebook-da paylaş