WSJ: İranın raket ehtiyatı tükənmək üzrədir

5-03-2026, 00:06           
WSJ: İranın raket ehtiyatı tükənmək üzrədir
ABŞ-ın The Wall Street Journal nəşri yazır ki, hazırkı zərbə tempini nəzərə alsaq, İranın mövcud raket ehtiyatı cəmi bir neçə gün kifayət edə bilər. Qəzet bu məlumatı mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, İranın ballistik raket buraxılışlarının sayı azalıb və mövcud intensivlik davam edərsə, Tehranın atəş gücü yalnız bir neçə gün yetərli ola bilər. Bununla belə, anonim Qərb rəsmisi bildirib ki, hücumların azalması İranın raket istehsalını qorumaq və əməliyyatları daha uzun müddət davam etdirmək məqsədilə resurslarını saxlaması ilə də bağlı ola bilər.

Mənbənin sözlərinə görə, hücumların azalması ABŞ və İsrailin İranın buraxılış qurğularına və raket istehsalı müəssisələrinə endirdiyi zərbələrin nəticəsidir.

Digər Qərb mənbəsi isə qeyd edib ki, müasir raketlərin buraxılış imkanları məhdudlaşsa da, İran daha ucuz sistemlər — o cümlədən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumları davam etdirmək potensialına malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru