Rüstəmxanlı ailəsi barədə yayılmış həqiqətə uyğun olmayan xəbərlə bağlı təkzib
18-03-2026, 17:58
Dünən saytımızda Xalq şairi Sabir Rüstəmxanlı və millət vəkili Tənzilə Rüstəmxanlının övladı ilə bağlı məlumat yayımlanmışdı.
Sonradan aparılan dəqiqləşdirmələr nəticəsində məlum oldu ki, həmin yazıda yer alan məlumatlar həqiqəti əks etdirmir. Bu səbəbdən material qısa müddət ərzində saytdan silindi.
Bildiririk ki, sözügedən yazının yayılmasında heç bir qərəzli məqsəd olmayıb. Faktlara söykənməyən məlumatın dərc olunmasına görə Rüstəmxanlı ailəsindən və oxucularımızdan üzr istəyirik.