İngiltərədə qadın kilsə rəhbəri təyin edildi

27-03-2026, 11:38           
İngiltərədə qadın kilsə rəhbəri təyin edildi
İngiltərədə mühüm və simvolik hadisə baş verib.

TEREF xəbər verir ki, Sara Mallalli Kanterberi arxiyepiskopu təyin olunaraq Anqlikan kilsəsinin tarixində bu posta yüksələn ilk qadın olub.

Təntənəli intronizasiya mərasimi Kanterberi katedralında keçirilib. Mərasimdə Uels şahzadəsi və şahzadəsi, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmer və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki, Kanterberi arxiyepiskopu Anqlikan kilsəsinin və ümumilikdə dünya üzrə anqlikan icmasının mənəvi lideri hesab olunur./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru