Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş- Sökülməldir

5-04-2026, 16:57           
Subasmaya səbəb kollektorun üstündə tikilən ev imiş- Sökülməldir
Məlumat verildiyi kimi, Nizami rayonu Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb.

TEREF xəbər verir ki, subasmaya səbəb uzun illər öncə Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində tikilən 2 mərtəbəli ev olub.

Belə ki, kollektorun üzərində tikilmiş evin xəttin üzərinə çökməsi nəticəsində borunun bir hissəsinin tutulması ilə yağış sularının kənarlaşdırılması problemi yaranıb.

Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə gələcəkdə belə halların digər ərazilərdə də təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülərək xəttin bərpa edilməsi zəruridir. Qafqazinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru