Nursultan Nazarbayev Azərbaycana gəlir

30-01-2017, 20:31           
Nursultan Nazarbayev Azərbaycana gəlir
Yaxın vaxtlarda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edəcək. Bunu virtualaz.org-a ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib.

“Hazırda iki ölkənin xarici siyasət idarələri prezident Nursultan Nazarbayevin səfərinin proqramı üzərində işləyirlər”, - səfir deyib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistana 2016-cı ilin oktyabr ayının 13-14-ü tarixlərində səfər etməli idi. Lakin dövlət başçısının xəstəliyi üzündən səfər təxirə salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru