ABŞ-dakı "Azadlıq" heykəlinə "Xoş gəlmisiniz, qaçqınlar" plakatı asılıb

22-02-2017, 09:33           
ABŞ-dakı "Azadlıq" heykəlinə "Xoş gəlmisiniz, qaçqınlar" plakatı asılıb
ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur "Azadlıq" heykəlinə naməlum şəxslər tərəfindən "Xoş gəlmisiniz, qaçqınlar" sözlərinin yazıldığı banner asılıb.
"Report" "NBC New York" nəşrinə istinadən xəbər verir ki, hazırda yerli polis uzunluğu 6 metr olan banneri heykəlin ayaq hissəsinə kimin asa biləcəyini araşdırmaqda məşğuldur.
Plakat bir saatdan çox heykəlin üzərində qalıb.
Nəşr yazır ki, milli abidələrə plakatların bərkidilməsi qanunla qadağan edilir.
Hadisə ilə bağlı məsuliyyəti sosial şəbəkələrdə "Alt Statue of Liberty" əkkauntunu idarə edən naməlum şəxs öz üzərinə götürüb.
"Biz xatırlatmaq istəyirik ki, Amerika dünyada azadlığın mayakıdır, ölkə immiqrantlar tərəfindən qurulub. Ölkə və ya dinlərin "hasara" alınması dəyərlərimizə ziddir", - deyə nəşr səhifə administratorunun yazdıqlarını sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru