300 kiloluq inək 5,5 saata quyudan çıxarıldı

26-02-2017, 23:17           
300 kiloluq inək 5,5 saata quyudan çıxarıldı
Bodrumda su quyusuna düşən 300 kilo ağırlığında inək Bodrum Arama Qurtarma Dərnəyi (AKUT) və xilasetmə qrupları tərəfindən 5,5 saatlıq çalışma nəticəsində çətinliklə qurtarıldı.

Bodrum Bitez Məhəlləsində yaşayan 82 yaşlı Kadir Çakır bu gün səhər inəklərini tarlaya aparmaq üçün yola çıxdı. Sürüdən qaçan “Zeyno” adlı 300 kiloluq inək naringi bağçasındakı su quyusuna düşdü. Çakır inəyini qurtarmaq üçün Bodrum Arama Qurtarma Dərnəyi (Kəskin) və xilasetmə qruplarından kömək istədi. Bodrum AKUT-un sədri

Saadettin Uslu 8 könüllü və 7 xilasetmə üzvü ilə inəyi 1,5 metr dərinliyində suyu olan 14 metrlik quyudan qurtarmaq üçün səfərbər oldu. Qayışlara bağlanan inək, bucurqadın köməyi ilə 5,5 saatlıq çalışma nəticəsində çətinliklə quyudan çıxarıldı.

Baytar idarəsində sağlamlıq durumunun yaxşı olduğu təyin olunan inək ətrafda qaçmağa başlayanda seyrçilər “bura İspaniyaya döndü” deyə zarafatlaşdılar. AKUT-un sədri Saadettin Uslu isə “indiyə qədər onlarla canlı xilas etdik, ancaq çox qüvvətli heyvan olduğu üçün inəyi qurtarmaq çətin bir əməliyyat oldu, əsası, xilas etdik” dedi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru