ABŞ-da tibb bacısını zorlamaqda günahlandırılan şəxs 46 il sonra azad olundu — Cinayəti o törətməyibmiş

17-11-2017, 08:52           

ABŞ-da maraqlı və eyni zamanda xoş olmayan hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb. Verilən məlumata görə, Amerikada həbsxanaların birində qadını zorlamaqda və xüsusi qəddarlıqla öldürməkdə günahlandırılan şəxsə bəraət verilib. Buna səbəb isə həmin şəxsin günahsız olması imiş.
Məlumatda bildirilib ki, Ulbert Cons adlı şəxsi 1971-ci ildə həbs ediblər. Həmin şəxs qonşuluqda yaşayan tibb bacısını qaçıraraq zorlamaqda və yandırmaqda günahlandırılıb. Həbs olunarkən Ulbert Consun 19 yaşı olub. Onun həbsindən 46 il sonra Ulbert Consun günahsız olduğu sübuta yetirilib. Bu səbəbdən də, həmin şəxs düz 46 il cəza çəkdikdən sonra azadlığa çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru