FHN Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb

9-12-2017, 23:24           
FHN Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan binanın qismən uçması ilə bağlı məlumat yayıb. teref.az -nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunublar. İlkin məlumata görə, uçqun nəticəsində xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru