Ruhani öz oğlunu öldürüb — İranlı deputatdan SENSASİON İDDİA

27-11-2025, 10:18           
Ruhani öz oğlunu öldürüb —
İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi ölkənin keçmiş prezidenti Həsən Ruhaninin öz oğlunun ölümündə şübhəli şəxs olduğunu iddia edib.

"Azad İran" xəbər verir ki, deputat sabiq dövlət başçısının oğlunun ölümü ilə bağlı detalların aydın olmadığını deyib.

"Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi də plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər", - deyə Rəsayi açıqlayıb.

O, sözlərinin heç birinin böhtan olmadığını vurğulayıb: "Hər şeydən əvvəl Həsən Ruhani öz silahı ilə övladını qətlə yetirib. Onun evi hərbi baza kimi qorunurdu və heç kim kənardan gəlib onun oğlunu öldürə bilməzdi. Bu cinayət şəxsi silahla törədilib və Ruhaninin özü də bununla bağlı polisə şikayət etməyib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]