Daşnak ordusunun zabiti, “Altı həbsxana və iki inqilab” əsərinin müəllifi Oliver Balduin
Dünən, 12:34
Daşnak ordusunun zabiti, “Altı həbsxana və iki inqilab” əsərinin müəllifi Oliver Balduin (1899-1958) üç dəfə (1923-1924, 1924-1929 və 1935 - 1937 illərdə) Britaniyanın baş naziri olmuş Stenli Bolduinin (1867-1947) böyük oğlu idi. Aleksandr Xatisyanın dəvəti ilə Ermənistana gələn Bolduin, 1920-1921-ci illərdə Zəngəzurda və Qarabağda Qaregin Njde və başqalarının törətdikləri cinayətləri qəhrəmanlıq kimi təqdim edir. Baş nazir olan atası da, tarixdə yaxşı iz qoymamışdı. Hitler hakimiyyətə gələndə Versal müqaviləsinin şərtlərinə əməl etməyərək 1935-ci ildə Almaniya ilə dəniz müqaviləsi bağlamış, yenidən silahlanmasına göz yummuşdu. 1947-ci ildə onun 80 illik yubileyində iştirak etməkdən imtina edən Uinston Çörçill demişdi: “Mən cənab Bolduinin xəstələnməsini arzulamıram, amma o dünyaya gəlməsəydi, daha yaxşı olardı”. Эльдар Тагиев