Mini "Hörümçək toru" əməliyyatı.

2-05-2026, 11:45           
Mini "Hörümçək toru" əməliyyatı.
Ukrayna Pilotsuz Qüvvələr Komandanlığı Rusiyanın Çelyabinsk şəhərindəki Şaqol hərbi aerodromuna hücum təşkil edib. Dronlar 4 döyüş təyyarəsini - 2 ədəd Su-57, 1 ədəd Su-34 və 1 ədəd Su (modifikasiyası naməlum) təyyarəsini vurub.
Bunların arasında Su-57 xüsusilə qiymətlidir. Rusiyanın ən yeni, 5-ci nəsil hərbi təyyarəsi olan Su-57-lər ordunun arsenalında hələ ki məhdud saydadır.
Çelyabinsk Ukrayna sərhədindən 1700 km uzaqda yerləşir. Bu fakt Ukrayna PUA-larının texniki keyfiyyətlərinin sürətlə artdığını, təkmilləşdiyini göstərir və yaxın gələcəkdə Rusiya ərazisində təhlükəsiz yer qalmayacağını söyləməyə əsas verir.
Xatırladaq ki, 2025-ci il iyunun 1-də Ukrayna kəşfiyyatının Rusiyanın içərisindən 4 hərbi aerodroma təşkil etdiyi unikal dron hucumlarında işğalçı dövlətin strateji aviasiyasının təxminən üçdə biri (41 ədəd) məhv edilmiş və ya zədələnmişdi.
Shahin Ceferli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru