Dünyanın iqtisadi mənzərəsini anlamaq üçün bu xəritəyə baxmaq kifayətdir.
Bu gün, 10:54

1995-ci ildə Yaponiyanın iqtisadiyyatı təkbaşına Çin, Rusiya, Türkiyə, Hindistan, Ərəbistan, İndoneziya və Koreya da daxil olmaqla bütün Asiyanın cəmindən daha böyük idi. İndi isə Çinin sadəcə 4 əyalətinin istehsalı Yaponiya iqtisadiyyatından böyükdür.
Həmin dövrdə ABŞ, Yaponiya, Almaniya, Fransa, Britaniya və İtaliya planet əhalisinin cəmi 10%-i olaraq istehsal edib planetin digər 90% -nə mal satırdılar.
Zamanla tarazlıq dəyişdi. Çin və Koreya avtomobil sənayesinə, Türkiyə məişət texnikası və tekstil sektoruna, Hindistan isə əczaçılıq və ehtiyat hissələri istehsalına sürətlə daxil oldu. Özbəkistan və Qazaxıstan öz istehsalatlarını qurmağa başladılar.
Hər bir dövlət öz xalqını milli məhsullarla təmin etməyə başladıqca, Qərb nəhəngləri öz hegemon müştəri bazalarını itirdilər.
Bu gün Avropa və ABŞ-da xalqın öz liderlərini tənqid etməsi (Makron, Tramp, Merz və s.) sadəcə siyasi uğursuzluq deyil, həm də bu qlobal iqtisadi transformasiyanın nəticəsidir.
Artıq istehsal et və gözübağlı sat dövrü bitib. Əllərində Azərbaycan kimi 10-15 resurs satıb tuman alan müştəri qalıb.
Dünya artıq özünü təmin etməyi öyrənir. Odur ki, nə Avropa, nə də Amerika o qızıl dövrünə bir daha qayıda bilməyəcək. Çin də az daha qalxıb, bir nöqtədə doyma həddinə çatacaq.
Orxan Atabəy
TEREF

