Eyni anadan doğuldular, amma ögey bacı çıxdılar – Tibb dünyası şokda

Bu gün, 11:05           
Eyni anadan doğuldular, amma ögey bacı çıxdılar – Tibb dünyası şokda
İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osbornun həyatı DNA testi nəticəsində tamamilə dəyişib. Eyni anadan cəmi bir neçə dəqiqə fərqlə dünyaya gəlmələrinə baxmayaraq onların fərqli atalardan olduqları üzə çıxıb. Bu nadir hadisə tibb ədəbiyyatında “heteropaternal superfekundasiya” kimi tanınır.

TEREF Sfera.az-a istinadən xəbər verir ki, 49 yaşlı bacılar illərlə özlərini eyni yumurta əkizi hesab ediblər. Lakin 2022-ci ildə ev şəraitində aparılan DNA testi onların fərqli atalardan doğulduğunu göstərib. Bu nəticə ailələri ilə bağlı bütün bildiklərini alt-üst edib.

Mütəxəssislərin sözlərinə görə, bu hal qadının eyni aybaşı dövründə birdən çox yumurta hüceyrəsi istehsal etməsi və həmin yumurtaların fərqli kişilərdən gələn spermatozoidlərlə mayalanması nəticəsində baş verib. Dünyada bu günə qədər cəmi 20-yə yaxın belə hadisə qeydə alınıb.

Məlumata görə, çətin uşaqlıq dövrü keçirən bacılar fərqli qayğı mühitlərində böyüsələr də hər zaman bir-birlərinə dayaq olublar.

Araşdırmalardan sonra Mişel öz bioloji atasını tapsa da onunla yaxın münasibət qurmayıb. Laviniya isə atası ilə güclü bağ yaradıb.

Bütün bu gözlənilməz həqiqətlərə baxmayaraq, bacılar münasibətlərinin dəyişmədiyini deyiblər. Mişel “O mənim əkiz bacımdır, bunu heç nə dəyişə bilməz”, Laviniya isə “Biz bir möcüzəyik” sözləri ilə hisslərini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru