Hirosimada atom bombası partlayışından sağ çıxmış sakinin memuarları tapılıb

Dünən, 15:08           
Hirosimada atom bombası partlayışından sağ çıxmış sakinin memuarları tapılıb
Yaponiyada atom bombası partlayışından sağ çıxan Hirosima sakini, keşiş Kiyoşi Tanimotonun ABŞ arxivlərində memuarları tapılıb.

Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 230 səhifəlik xatirələr 1947-ci ildə yazılsa da, indiyədək heç yerdə dərc olunmayıb.

Bombardman baş verən gün yerli metodist kilsəsinin keşişi olan Tanimoto mebel daşımaq üçün bir neçə saatlıq şəhərdən kənara çıxıb və bu, onun həyatını xilas edib. Qızı Koko Tanimoto Kondonun sözlərinə görə, Hirosimaya qayıdan keşiş orada elə dəhşətli mənzərə ilə qarşılaşıb ki, "heç kim və heç vaxt bir daha belə bir şey yaşamasın" deyə bu barədə yazmaq qərarına gəlib. Tanimoto 1986-cı ildə, 77 yaşında vəfat edib.

"Random House" və "Penguin" nəşriyyatları memuarları avqustun 6-da, bombardmanın 81-ci ildönümündə çap edəcəklər. Noyabr ayında isə bu xatirələr əsasında tammetrajlı bədii filmin çəkilişlərinə başlanılacaq. Filmdə keşişin obrazını Takehiro Hira canlandıracaq, rejissor kürsüsündə isə amerikalı Fil Coanu əyləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru