Ədalət naminə Gözlərini qurban verərsənmi?

24-11-2025, 11:54           
Ədalət naminə Gözlərini qurban verərsənmi?
Ədalət naminə Gözlərini qurban verərsənmi?
Zaleukus, e.ə. 7-ci əsrdə yaşamış Yunan sivilizasiyasının ilk yazılı qanunlarını yazan qanunverici olub. O, son dərəcə əhəmiyyətli bir şəxsiyyət olsa da, haqqında çox az məlumat var.
Rəvayətə görə, Zaleukus ədalət ilahəsi Afina tərəfindən ona verilən qanunları Lokrian Kodeksi adı ilə qələmə almışdır.
İşıq Mənbəyi olan və adı “Parlayan” adı ilə ölümsüzləşən qanunçu Zaleukusun qanunlarının əhəmiyyəti ondan ibarətdir ki, o, öz oğluna belə imtiyaz verməyib.
HƏR BIR FƏRD ƏDALƏT TƏRƏZISINDƏ BƏRABƏRDIR, KIMLIYINDƏN ASILI OLMAYARAQ, TƏTBIQ OLUNACAQ CƏZA ÖZBAŞINALIQDAN UZAQDIR.
Zaleukusun Qanunlar kodeksi günümüzə qədər gəlib çatmasa da, onun bəzi hissələrinə Siseron, Polybius, Stobaeus kimi müəlliflərdən sitatlar sayəsində daxil olmaq mümkündür.
Bu rəvayətlərdən birində Zaleukusun oğlu oğurluqda ittiham olunur. Zaleukus oğlunun məhkəməsində tamaşaçı kimi iştirak edir. Təqsirləndirilən cinayətin mükafatı, cinayətkarın hər iki gözünü qurban verməsi olur.
Məhkəmə qərarını verir; oğul hər iki gözünü itirəcək.
Zalekus qərarı eşidən kimi oturduğu tribunadan ayağa qalxaraq, söz istəyib:
'Hörmətli hakimlər! Günahkar tək oğlum deyil. Oğlumun cinayət törətməsinin səbəbi bir ata kimi mənim günahımdır. Ona görə də, sizdən xahiş edirəm ki, oğlumu yarı yarıya bağışlayasınız və yalnız bir gözü çıxarılsın.
O biri gözünü də alacaqsınız, bilin ki, mən o biri gözün sahibi olacağam. Çünki atası olaraq, onu daha yaxşı böyütməliydim.
Bu yolla qanun yerinə yetiriləcək. Əgər qanunda hər iki gözünün çıxarılması qeyd olunursa, hər iki gözü də verəcəyik. - deyir.
1564-cü ildə heykəltəraş Jean Qoujon tərəfindən təsvir edilən heykəl hazırda Luvr muzeyində sərgilənir.
Helkəl sanki 'bir gün ədalət hamıya lazım olacaq' mənasını daşıyır.
BƏS SIZ NECƏ, ƏDALƏT NAMINƏ GÖZÜNÜZÜ QURBAN VERƏRSINIZMI?
ESMİRA ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru