Alfred Veqener - Yer kürəsinin görünməzdən çox əvvəl hərəkət etdiyini görən insan.
9-02-2026, 09:44

1912-ci ildə bir alman alimi xəritəyə baxdığı zaman, həyatı bahasına başa gələcək, eyni zamanda Yer kürəsinə dair anlayışımızı əbədi olaraq dəyişdirəcək bir şey görür.
Meteorologiya üzərində işləyərkən, Alfred Veqener dünya xəritəsinə baxır və donub qalır.
Afrika və Cənubi Amerikanın sahil xətləri bir-birinə mükəmməl uyğunlaşıb. Eyni mozaykalı pazldan qoparılmış iki parça kimi.
Amma bu yalnız ik ölkə deyildi: Avropa və Şimali Amerika, Antarktida və Avstraliya, Madaqaskar və Hindistan.
Veqenerin düşüncələri bir-birinə qarışır: bu iki qitələr okeanlarla ayrılmasaydı nə baş verərdi? Milyonlarla il əvvəl onlar tək bir qitə olsaydılar necə olardı?
O, onu Panqea, qədim superqitə adlandırdı. Və qeyri-mümkün görünən bir şey təklif etdi: kontinental sürüşmə. Qitələrin hərəkətsiz deyil, əksinə Yer səthində yavaş-yavaş hərəkət etməsi fikri.
Bu, möhtəşəm idi. Bu, inqilabi idi. Bu, məntiqli idi.
Buna görə də elmi ictimaiyyət onu dağıtdı. "Qitələr hərəkət etmir!", geoloqlar istehza ilə dedilər. "Bu, cəfəngiyatdır!" Onun nəzəriyyəsi "tamamilə absurd" və "uyğunsuz" kimi təsvir edildi. Aparıcı bir alim isə, daha kəskincəsinə, bunun "Yer qabığının balqabaqdan ibarət olduğunu fərz etmək kimi" olduğunu söylədi.
Problem nədə idi? Veqenerin mexanizmi izah edə bilməməsində. O, qitələrin sürüşdüyünü bilirdi - dəlillər çox güclü idi - amma bunu izah etmək üçün, elmi metodların 50 il ərzində ortaya çıxmasını gözləmək lazım idi.
Buna baxmayaraq, Veqener təslim olmayır.
İllər ərzində o, dəlillər toplamağa başlayır: okeanların əks sahillərindəki fosillərin uyğunluğunu, uzaq qitələrdəki eyni qaya formasiyalarını, quru ərazilərinin yerdəyişməsi ilə məntiqli olan qədim iqlim nümunələrini.
1930-cu ilin noyabr ayında Veqener daha çox dəlil toplamaq üçün, Qrenlandiyaya dördüncü ekspedisiyasına rəhbərlik etdi. 50 yaşında Veqener uzaq bir tədqiqat stansiyasını təchiz etmək üçün, sərt Arktika şəraitində üzürdü.
1 noyabrda Veqener və dostu -16°C (-60°F) temperaturda geri dönüşü olmayan səyahətə çıxdılar.
Onlar bir daha geri qayıtmadılar.
Altı ay sonra, 1931-ci ilin may ayında axtarış qrupları Veqenerin cəsədini qar altında basdırılmış vəziyyətdə tapdılar. Dostu onu diqqətlə və hörmətlə bükmüş və məzarını buzun içinə sancılmış xizəklərlə işarələmişdi; dünyanın inanmaq istəmədiyi bir insanın xatirəsi bununla tamamlanmışdı.
Onun nəzəriyyəsi onunla birlikdə basdırıldı. Rədd edildi. Unuduldu.
Otuz il…
Daha sonra, 1960-cı illərdə elm adamları okean dibinin altında qeyri-adi bir şey kəşf etdilər: yeni qabığın daim əmələ gəldiyi orta okean silsilələri. Yer kürəsinin tarixini qeyd edən qayalardakı maqnit naxışları. Ayaqlarımızın altında hərəkət edən nəhəng tektonik plitələrin sübutu.
Hər şey mükəmməl hərəkətdə idi.
Dən demə Veqener hər zaman haqlı imiş...
Onun izah edə bilmədiyi mexanizm plitə tektonikası idi; ərimiş qaya üzərində üzən, dağlar əmələ gətirmək üçün toqquşan, okeanlar yaratmaq üçün ayrılan və milyonlarla il ərzində planeti yenidən formalaşdıran Yer qabığının nəhəng plitələri.
Veqenerin verdiyi hər proqnoz təsdiqləndi. Üzləşdiyi hər istehza yanlış çıxdı.

Bu gün onun adı hər geologiya dərsliyində görünür. Şagirdlər ibtidai məktəbdə Panqeya haqqında məlumat əldə edirlər. Alimlər onun nəzəriyyələrindən zəlzələləri proqnozlaşdırmaq, vulkanik aktivliyi anlamaq və Yer kürəsindəki həyatın tarixini izləmək üçün istifadə edirlər.
Lakin Alfred Vegener heç vaxt özünün haqlı olduğunu sübut edə bilmədi. O, sübut edə bilmədiyi bir şeyə inanaraq, Arktikada təkbaşına öldü və irəliləməyə çalışdığı cəmiyyət tərəfindən lağa qoyuldu. Amma o, inadkarlıq göstərdi. Şöhrət üçün yox. Təsdiq üçün yox. Çünki həqiqəti görəndə, onu görməzdən gələ bilməzsən. Qitələr hərəkət edirdi. Dünya ayaqlarımızın altında canlı idi. O, hər kəsin kor olduğunu görürdü. Alfred Veqenerin hekayəsi bizə xatırladır ki, həqiqətin doğru olması üçün, icazəyə ehtiyac yoxdur. Bu, ən vacib kəşflərin çox vaxt dünyanın gözündə səhv olmağa və kainatın gözündə haqlı olmağa cəsarət edənlərdən gəldiyini göstərir. Bəzən edə biləcəyiniz ən cəsarətli şey hər kəsin gördüklərinə baxmaq və heç kimin verməyə cəsarət etmədiyi bir sualı verməkdir.
Bəzən ən güclü miras canlı şahidi olduğunuz miras deyil. Bu, siz əbədi getdikdən sonra, hər şeyi dəyişdirən mirasdır.
Alfred Veqener - Yer kürəsinin görünməzdən çox əvvəl hərəkət etdiyini görən insan.
Есмира Шукурова
TEREF

