ƏN BÖYÜK OĞURLUQ: "XARAKTERİN OĞURLUĞUDUR.."

9-02-2026, 17:24           
ƏN BÖYÜK OĞURLUQ: "XARAKTERİN OĞURLUĞUDUR.."
Bir gün bir gənc atının üstündə yol gedirdi. Bir qoca ona yaxınlaşıb deyir: -Oğlum, mən qocalmışam, yeriyə bilmirəm, minəcəyim də yoxdur, qoy atına minim, sən piyada gəzə bilərsən.".
Gənc oğlan dedi: "Yaxşı, əmi, gəl" və atdan düşdü, qoca ata mindi.
Gənc qocaya gülümsədi və onlar yanaşı yollarına davam etdilər.
Bir qədər getmişdilər ki, qoca atı sürətləndirdi və qaçmağa başladı. Onun məqsədi atı oğurlamaq idi. Atının oğurlandığını görən gənc, onun arxasınca qışqırdı:
-Əmi, sən mənim atımı oğurlamadın, sən mənim xarakterimi oğurladın. Evdə başqa bir atım var, mən ona minə bilərəm. Amma bundan sonra atımı istəyənə heç vaxt verməyəcəyəm".
* Bir insanın gözəl xasiyyətini oğurlamaq,
* Qəlbinin gözəlliyini dağıtmaq,
* Vicdanını pozmaq,
* Bir insanın gözəl keyfiyyətlərə malik qəlbini ələ keçirmək və onu çirklə kirlətmək, böyük günahdır!
* Bu hərəkətlər həm də dünyada fəsad toxumu səpmək deməkdir. Əlbəttə ki, həmin toxumlar bir gün cücərəcək, ağaca çevriləcək və zəhərli meyvələr verəcək.!!
Buna görə də heç kimin etibarını, güvənini aldatmayın...
YALANDAN UZAQ DURUN!
Есмира Шукурова
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru