Generalın başını Bakıda kim kəsmişdi?

13-02-2026, 00:05           
Generalın başını Bakıda kim kəsmişdi?
Ovaxtkı dövlətimiz olan Əfşarlar İmperiyası Nadir Şahın xaincəsinə öldürülməsindən sonra xanlıqlara parçalanmış, sağlığında ondan qorxan ruslar bu ölümdən cəsarətlənmiş, yarımçıq qalmış işğalı gerçəkləşdirməyə başlamışdılar.
Bakını tutmaq istəyən general Sisianov Hüseynqulu Xandan Bakının açarlarını onun qarşısında diz çökərək təhvil verməsini tələb edir.Xanın nümayəndəsi isə qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
- Mən istəyirəm ki, açarları Hüseynqulu Xan şəxsən özü təqdim etsin.
Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir və qalanın içindən çıxır və generalın “diz çök” sözündən sonra onu şəxsən güllələyir. Soyuq silahlarla işləməkdə mahir olan Hüseynqulu Xan uzun xəncəri çıxarıb rus generalın başını kəsir və düşmən yerə yıxılan zaman "Səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım"-deyir. Xan generalın hücumdan qabaq ona yazdığı məktubda “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən..." sözlərini ona bağşlaya bilməzdi.
Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.Xan Bakıya edilən ağır hücumlardan və döyüşlərdən sonra yeraltı yolla şəhərdən ailəsinin təhlükəsziliyi üçün Qaradağ ərazisinə, oradan da gəmi ilə Qacar Dövlətinə köçür. Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdır:
"Sabahını düşünən insan heç vaxt igid ola bilməz".
Azərbaycan türkünün bu sözü sonralar bir çox ədəbiyyat nümunəsində, həmçinin Kurtlar Vadisi serialında sloqana çevrilmişdir.
Sisianovun cəsədi sonralar dəfn edilir, üzərində Sisianov Skveri ucaldılır. Abidə 1923-cü ildə dağıdılır, 1949-cu ildə onun yerində Nizami Gəncəvinin heykəli ucaldılır. Müstəqilliyimiz bərpa ediləndən sonra indiki Fəvvarələr Meydanına yaxın həmin ərazi yenidən abadlaşdırılmışdır.
Ruhu şad olsun, ölkəmiz azaddır.
Zaur Aliyev , fəlsəfə doktoru.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru