Həsən Məmmədov: "Məni Bəxtiyar eləyən bu kişiyə də salam verin"
13-02-2026, 00:07
Bir dəfə mənə maraqlı əhvalat danışmışdı. Dedi, Lənkəran tərəfdən çəkilişdən gəlirdik. Gecə yarı... O vaxt da yolqırağı kafe-çayxana çox az idi. Vurmaq istədik. Maşında hər şey var, çörəkdən başqa. Rəhmətlik Tofiq Tağızadə işıq gələn yerlərin birində düşdü ki, bu dəqiqə çörək alacam. Əliboş qayıtdı amma. Mən gedəsi oldum. İçəridən adamlar gözləri böyümüş bayıra çıxdılar ki, Bəxtiyar gəlib... Tofiq Tağızadəyə qapı açmayanlar boynuma sarılıb üz-gözümdən öpməyə başladılar. Özümü güclə əllərindən alıb, dedim, qardaşlar, məni Bəxtiyar eləyən bu kişiyə də salam verin. Dedilər, o kimdir elə? Dedim, bayaq qapıdan qovduğunuz kişi..." Şərif Ağayar