Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalında türkiyəli zabitlərin rolu

14-02-2026, 00:09           
Azərbaycan Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalında türkiyəli zabitlərin rolu
"Başda Xəlil paşa olmaqla, Azərbaycana sığınan və burada çox böyük ikram (hörmət) və ehtiram görən Kiçik Tələt, Baha Səid, Nihat bəy və sairə türkiyəli zabitlər məclis dairələrində və xalq arasında apardıqları təbliğatla güya: «Azərbaycana gələn Qızıl Rus ordusu orada qalmayacaq, keçib Anadoluya yardıma gedəcəkdir. Bu qüvvələrin başında da Nəcati bəy adında türkiyəli bir zabit varmış; hətta ordunu təşkil edən əsgərlər belə əsir türklərdən və Qazan tatarlarından ibarətmiş. Azərbaycan hökuməti buna mane olarsa, Türkiyə davasına xəyanət etmiş olacaqdır...» deyirdilər.
O tarixdə ölüm-qalım mübarizəsinə atılan Anadolu milli azadlıq ordusunun müvəffəqiyyət qazanmasını candan istəyən Azərbaycan xalqı bu yaldızlı (üzərinə qızıl və ya gümüş suyu verilmiş) təbliğatın təsirinə qapıldı. Lakin həqiqəti bilənlər bunun bir bolşevik təbliğatı olduğunu, bu zabitlərin də bilərək və ya bilməyərək bolşevik əməllərinə xidmət etdiklərinə xalqı inandıra bilmədilər. (Bu zabitlərin xəyanəti köhnə İstiqlal Məhkəməsində Qaçaq Tələt və yoldaşları başqa bir məsələdən dolayı mühakimə olunarkən üzə çıxmış və təsbit edilmişdir. O zamankı “Hakimiyyəti-milliyə” qəzetinin 26 avqust 1926-cı il tarixli sayına müraciət olunsun). Sonradan öyrəndik ki, Xəlil paşa bir çox azğın komunistləri öz iqamətgahında barındırmış və onları himayə etmişdir.
Azərbaycanlı mühacir Məhəmməd Sadiq
Aranın məqaləsindən. Araz dərgisi. 1952-ci il.
Azərbaycan Tarixi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru