Məşhur "Sən gəlməz oldun", "Məhəbbət olmayanda" şeirlərinin müəllifi Mədinə Gülgün həyat yoldaşı. Xalq şairi Balaş Azəroğlu ilə, 1949-cu il. Bu gün Mədinə Gülgünün anım günüdür. MƏHƏBBƏT OLMAYANDA Açılmaz könlüm, gözüm, Quruyar söz dənizim. Qalmaz nişanəm,izim Məhəbbət olmayanda. Heçdi şöhrət də, ad da, Təntənə də, busat da. Boş görünər həyat da Məhəbbət olmayanda. Sular sahilə qonar Qumlar çimər, yuyunar. Ürəyim buztək donar Məhəbbət olmayanda. Qartal qonarmı dağa, Şeh düşərmi yarpağa. Olmaz el-elə arxa Məhəbbət olmayanda. Hər söz könül deməkdir, Hər söz çarpan ürəkdir. Söz buza dönəcəkdir Məhəbbət olmayanda. Gəl dünyanı dolan, gəz, Bu dünyaya inan gəz. Bir toxum da cücərməz Məhəbbət olmayanda. Anar Tağıyev TEREF