Səmavi dinlərin ilkin başlanğici.
Bu gün, 10:04

İKİ SUAL - İKİ CAVAB
1 İbrahim obrazı hardan yarandı?
2 Niyə "peyqəmbər" obrazı kişilərdən olub, qadın peyqəmbər olmayıb?
Bu yazıda çox qədim inanclardan başlayaraq “İbrahim” hekayəsinin necə formalaşdığına və bu sistemin pərdəarxasına elmi-tarixi baxışla açıqlamalar gətirəcəm.
1. “İbrahim” adı nə deməkdir?
İbrahim” adı qədim ibrani dilindən götürülmüşdü. İbraniyə ən yaxın xalqlar və dillər kimlərdi:
• Arami
• Finikiya
• Moav və Ammon dilləri
• Uqarit
• Ərəb
• Akkad
İbrahim adı İbranicə: Avram / Abram, Abraham... İbrahim kimi səslənir.
Kökü:
• Ab / Av = ata
• Ram / Raham = uca, böyük Məna: “Büyüka ata / uca ata”
Hardan qaynaqlanır bu ad?
Bu sadəcə sıravi bir ad deyil, ümumi bir fikirdir. Animizmdən qaynaqlanır, “müqəddəs ata obrazı” kimi də düşünülür. Daha geniş aşağıda izah edirəm
2. Ən qədim dövr inancı – animizm
İnsanlar düşünürdü ki, təbiətdə hər şeyin ruhu var 🌿 (animizm – təbiətdə ruhların olması inancıdır). Amma insan üçün təbiətdəki ən güclü, ən real fiqur: ATA idi.
3. Ata niyə güclü idi?
Bunun kökü ilk ağıllı insanın, ibtidai icma dövründə, ovçuluğa və əkinçiliyin təzə başlanğıcına, yəni PATRİARXAT (ATAERKİL) dövrünə söykənir. Kişilərin qol gücüylə qazanılan yeməyinə ailənin son dərəcə möhtac olduğu dövrə söykənir.
Ata:
• ov gətirirdi → sevilirdi
• qayda qoyurdu → itaət olunurdu
• cəzalandırırdı → qorxulurdu
• qoruyurdu → güvənilirdi
Ata həm qoruyucu, həm ov gətirən, həm də qorxuducu ailə başçısı idi.
4. Ölən ata və ruh inancı
Ata varlığına hərtərəfli bağlı olan insanlar düşündülər: “Ata öləndən sonra yox olmur”. Beləliklə: ata ruhu 👻 ailəni izləyir, onların həyatlarına təsir edir.
Bu: əcdad ruhlarına inamdır.
5. “Böyük Ata” "Abraaham" ideyası
• Real ata obrazı.
• Öləndən sonra ruh ata obrazı.
• Hər ikisində də qoruyan + cəzalandıran güc.
Sonda bütün atalar, əcdadlar təfəkkürdə birləşərək ÜMUMİLƏŞİR və “Böyük Ata” obrazı yaranır.
6. Tanrı ideyasına keçid və peyqəmbərliyin mənşəyi
Zamanla animizm azalır, artıq sırf cəza verən və yedizdirən inanclardan başqa, insanlığı sıfırdan yaradan haqqında düşünülməyə başlanıldı. Bu təzə yaranan YARADICI axtarışı, ilk Şumerlərdən başlayaraq çoxallahlı inanclar, səmavi Tanrılar ideyasına keçid etməyə başladı (Ay tanrısı, Günəş tanrısı, ulduz tanrısı və s.) 🙏
Animizmdən daha güclü çıxan çoxallahlılıq inancları "Böyük ata" inancını sıxışdırırdı... Sonda “Böyük Ata” inancı tam itmədi, amma ikinci güc (Tanrılardan sonra gələn güc) inancına çevrilməyə başladı. Yəni Tanrı altında simvola çevrilir. Tanrılara daha yaxın hesab olunur.
Bəzən Tanrı ilə insanlıq arasında vasitəçi kimi düşünülürdü. İnsanlar Tanrıya mesajı birbaşa yox, əcdadlarının ruhuyla (Böyük Ata ruhuyla) çatdırmağa çalışırdılar.
(Peyqəmbər obrazının ibtidai mənbəsi burasıdır. Qadın peyqəmbər ona görə yox idi ki, peyqəmbərliyin təməli "Böyük Ata" inancından qoyulmuşdu, bu inancda isə qadın zəif fərd hesab edilirdi).
7. Qurban və əvəzləmə (İkame)
• Əvvəl: Bəzi Orta Şərq inanclarında Tanrılara insan qurban verilirdi 👤
• Sonra: Heyvan qurbanına çevrildi 🐑 👉 Buna tarixdə "əvəzləyici (ikame) qurban" deyilir.
Bu cür "qurban" ayinlərindən bir neçəsi müxtəlif bölgələrdə geniş inkişaf etməyə başlamışdı:
• Mesopotamiya (Şumer, Akkad, Babil bölgəsi): İnsanlar inanırdı ki, günah sadəcə mənəvi şey deyil, “yük” kimidir ⚖️. Bu yük insandan çıxarılıb başqa varlığa keçirilə bilər. 🐐 Buna görə bəzi rituallarda: insanın etdiyi günah simvolik olaraq heyvana “ötürülür”, heyvan uzağa aparılır və ya məhv edilir. ✍️ Məna: İnsan təmizlənir, pislik heyvana keçir.
• Babil ənənəsi (Taleyin əvəzlənməsi): Burada fikir daha da genişdir; təkcə günah yox, taleyin özü də dəyişə bilər. “Əvəz olunan kral” ayini-ritualı: Günaha batmış real kral qorunur, yerinə müvəqqəti başqa adam (kral) qoyulur. Pis taleyin ona keçdiyi düşünülür, sonra o adam cəzalandırılır... Sonda günahın cəzasından yayından köhnə Kral təzədən taxtına oturur. ✍️ Məna: Taleyin insandan insana keçməsi.
• Kənan (Levant bölgəsi): Burada keçid mərhələsi var: Əvvəl insan qurbanı düşüncəsi 👤, sonra tədricən heyvan qurbanı 🐑. ✍️ Məna: Ailədə "qurban ən dəyərli şey (heyvan, əşya) verilməlidir, amma insan yox”.
• Misir ənənəsi: Burada əsas fikir “təmizlənmə”dir ⚖️. Günah heyvana və ya əşyaya-simvola ötürülür, sonra o varlıq məhv edilir. 🐐 Yəni heyvan “pisliyi daşıyan varlıq” kimi qəbul olunur, kəsilir ya öldürülür.
Ümumiləşdirək bunları:
Bütün bu mədəniyyətlərdə eyni fikir var: 👉 “Pislik, günah və ya taleyin yükü insanda qalmalı deyil, başqa varlığa keçirilə bilər”.
Bu varlıq: Heyvan ola bilər, başqa insan ola bilər, simvolik obyekt və ya sevimli əşya ola bilər.
Nəticə: Günah hədəfindəki insan xilas olur və “təmizlənmiş” sayılır.
Yekun fikir:“Pislik, günah başqa varlığa keçə bilər”.
Gələk İbrahim hekayəsinə
Bu hekayədə ata oğlunu qurban verməyə hazır olur 👨👦🔥; sonra "tanrı" tərəfindən dayanılır, oğul yerinə qoç gəlir 🐑.
Yəni: İnsan qurbanı → Heyvan qurbanı ilə əvəzlənir. (Yəhudinin İbrahim obrazından minlərlə illər öncədən də bəzən maral, öküz, dəvə kimi heyvanlar qurban kəsilirdi, lakin bu zorunlu bir ritual deyildi, bəzən də insan qurban verilirdi).
Niyə məhz yəhudilər İBRAHİM obrazını seçdilər?
1) Niyə ilk insan (Adəm) yox?
2) Niyə sonradan insanlığın təzədən başlanğıcı kimi götürülən NUH yox?
3) Niyə adlı-sanlı KRALLARDAN BİRİ yox, məhz İBRAHİM obrazı əcdad kimi götürüldü YƏHUDİLƏR tərəfindən?
Çünki o dövrdə güclü və istədiyini asan qazanan insanların, liderlərin hekayələri çox sevilmirdi, qorunmurdu; əksinə "çətin, əzablarla dolu bir həyatıyla gələcək nəslini qoruyan" obrazlar o dövrün inanc hekayələrində daha çox sevilirdi. O obrazın xüsusiyyətləri də "BÖYÜK ATA", "İBRAHİM" obrazına yapışırdı.
Ən əsası:
• Adəm: Bütün insanlığın başlanğıcıdır, özəlləşdirmək olmaz, inandırıcı deyil.
• Nuh: O da bir sonrakı insanlığın başlanğıcıdır, özəlləşdirmək olmaz.
• Krallar: Bəlli tarixi olan, sevilməyən biriləridir; onun əzab çəkib, köç etməsi inandırıcı deyil.
Elə bir simvol olmalı idi ki, gələcək nəsli üçün əzab-əziyyətli yol getsin.
Necə? YƏHUDİ ZƏKASI İŞLƏDİ.
8. İbrahim obrazı o coğrafiya üçün ümumi əfsanə idi, hər kəs onu özününküləşdirə bilərdi, keçmiş inancdan gələn "müqəddəs" etiketi vardı. Onu sevdirmək, Tanrıya təzədən bağlayaraq, Tanrı ilə birləşdirmək və özəlləşdirmək asan idi.
YƏNİ
Yəhudilərin din inancından minlərlə il əvvəldən də ANİMİZM əfsanələrində və animizmdən çoxallahlı inanclara keçiddə, Abraham obrazına aşağıdakılar şamil edilmişdi:
• Böyük Ata ruhu (əcdadların ruhu)
• Ruh inancı
• Qurban dəyişməsi
• Nəslini qorumaq üçün məkandan-məkana köç hekayələri
• Tanrı ilə arasındakı birbaşa əlaqələr və Tanrının sınaqlarından çıxmaq əfsanələri
Nəticədə yəhudilər üçün daha sevilməli bir mif olan İbrahim obrazı yəhudilərin qədim çoxallahlı dininə, özlüyündə qədim əfsanələrdən süzülüb çatmışdı. Sanki İbrahimin həyatı yəhudilərin həyatıyla birə-bir uyğunluq təşkil edirdi... Kimi özlərinə tarix uydurub İbrahimi özlərinə kök, əcdad seçdilər.
Böyük sintez: Babil sürgünü və "Kitab"ın yaranması
Bütün bu qədim miflər və "Böyük Ata" əfsanələri sadəcə şifahi xalq ədəbiyyatı kimi itib gedə bilərdi. Bəs bunları kim birləşdirdi və sistemli dinə çevirdi?
✡️ Yəhudi Mirzələri və Kahinləri.
Eramızdan əvvəl 586-cı ildə Babil kralı II Navuxodonosor Qüdsü dağıtdı və yəhudi elitasını Babilə əsir apardı.
Sual yarana bilər: Yəhudilər Babilə sürgün olunanda artıq yəhudi dinini yaratmışdılarmı?
Cavab: Xeyr! Bu gün bizim bildiyimiz mənada sistemli və təkallahlı (monoteist) Yəhudi dini Babil sürgünündən əvvəl tam formalaşmamışdı; məhz Babil sürgünü dövründə və ondan sonra yaradıldı.
Babilə qədər yəhudilər tam monoteist deyildilər. Onlar monolatriya və ya henoteizm inancındaydılar. Yəni inandırıdılar ki, hər xalqın öz tanrısı var (məsələn, Kənanlıların tanrısı Baal, Moavlıların tanrısı Kemoş və s.). Yəhudilər isə hesab edirdilər ki, Yehova (YHVH) sadəcə onların öz milli, lokal və qəbilə tanrısıdır. Digər tanrıları inkar etmirdilər, sadəcə öz tanrılarına sitayiş edirdilər. Hətta Tövratın özündə belə (Musa peyğəmbərin 10 əmrində) yazılır: "Qarşımda başqa tanrıların olmayacaq". Bu əmr digər tanrıların varlığını qəbul edir, sadəcə onlara ibadət etməyi qadağan edirdi.
Bu gündə tovrati oxusaq, orda bütûn əmrlər və məsləhətlər sirf İzrail oğullarina verilir. Hər verilən tapşirikda deyilir:
- EY İZRAİL.... eşit....
O dövrün yəhudi kralları və xalqı tez-tez digər Kənan tanrılarına da (məsələn, Aşeraya) sitayiş edirdilər. Üstəlik, ortada bütöv, yazılı bir "Tövrat" yox idi. Sadəcə şifahi rəvayətlər var idi və din Qüdsdəki Süleyman məbədində heyvan kəsib qurban verməkdən (ritualdan) ibarət idi. Kitab mərkəzli bir din yox idi.
Məhz Qüds işğal olunub məbəd yandırılanda yəhudi təfəkküründə böyük bir teoloji böhran yarandı: "Əgər bizim tanrımız Yehova güclüdürsə, niyə Babilin tanrısı Mərdukun ordusu bizi məğlub etdi?"
Onlar yox olmaqdan, Babil mədəniyyətinin içində əriməkdən qorunmaq və genetik kimliklərini saxlamaq üçün öz inanclarını tamamilə yenidən redaktə etdilər. Radikal monoteizmə keçib dedilər ki: "Mərduk mövcud deyil, Yehova bütün kainatın tək yaradıcısıdır və bizi cəzalandırmaq üçün Babili sadəcə bir alət etdi". Beləliklə, dünya tarixində ilk dəfə qəti təkallahlıq ideyası formalaşdı.
Məbəd dağıldığı üçün din rituallardan çıxıb mətni oxumaq və qanunlara tabe olmaq dininə çevrildi.
Bu sürgün yəhudilər üçün böyük bir mədəni renesans oldu:
• Babil kitabxanaları ilə tanış oldular.
• Minillik Mesopotamiya miflərini gil lövhələrdən oxudular.
• Öz inanclarını qorumaq üçün şifahi hekayələri yazıya (Tövratın ilk mətnlərinə) köçürməyə başladılar.
Babil "laboratoriyasında" nələr öyrənildi və Tövratın təməlinə köçürüldü?
• • Yaradılış mifi (Enuma Eliş): Babil dastanı dünyanı xaosdan, suların ayrılmasından və 6 mərhələdə yaradılışdan bəhs edirdi. Yəhudi zəkası bunu götürüb Tövratın ilk fəslinə — "dünyanın 6 gündə yaradılması" kimi yazdı.
• • Büyük Tufan (Gilqameş dastanı): Şumer/Babil dastanlarındakı gəmi düzəldib bəşəriyyəti tufandan xilas edən "Utnapiştim" obrazı, Tövratda ssenari dəyişdirilmədən "Nuh peyğəmbər" edildi.
• • Babil Qülləsi: Yəhudilər Babilin mərkəzindəki nəhəng pilləli məbədləri (Zikkuratları) görəndə heyran qaldılar və bunu insanların təkəbbürünə görə dillərin qarışması əfsanəsi ilə eyniləşdirdilər.
• • Səbətdəki körpə mifi: Əfsanəvi Akkad kralı Böyük Sarqonun gil lövhədəki bioqrafiyasında yazılmışdı: "Anam məni gizlicə dünyaya gətirdi, qamış səbətə qoyub çaya buraxdı...". Bu sətirlər əsrlər sonra Tövratda Musa peyğəmbərin uşaqlıq hekayəsinə çevrildi.
Böyük Dönüş: "Lokal İlahdan" "Kainatın Hakiminə"
Yəhudilər Babildə tapdıqları bu nəhəng mifoloji bazanı (Yaradılış, Tufan, Qurban əvəzləməsi, Köç mədəniyyəti) vahid bir xronoloji xəttə salmaq üçün mətndə bəhs etdiyimiz universal "Abraham (Böyük Ata)" arke tipindən istifadə etdilər. İbrahimi bu köçəri və əzabkeş tarixin başlanğıc nöqtəsi (əcdadı) elan edərək, Babilin zəngin fəlsəfəsini öz milli kimliklərinə ustalıqla sintez etdilər. Babildə asimilyasiya olmamaq üçün dinə yeni kəskin qaydalar gətirdilər: Şənbə günü (Sabbat) işləməmək, sünnət, yəhudi olmayanlarla evliliyin qadağası (Ezranın islahatları). Bu qaydalar yəhudiləri ətraf aləmdən təcrid edib qorudu.
✡️ 9. Yekun Nəticə
• PATRİARXAT DÖVRÜ
• Anizm
• Ataya sitayiş
• Ruh inancı
• Qurban sistemi
• Köç mədəniyyəti
• Tək Tanrı ideyası
Hamısından süzülüb gələn əfsanələr, miflər birləşib "İbrahim peyqəmbər" obrazını yaradır. Yəhudilər də bütün bu inanc sistemlərini ustalıqla öz həyatlarına sintez edərək DİN YARATMIŞ OLDULAR.
Əgər İsrail oğullarını Babil kralı əsir götürüb Babilə kölə olaraq aparmasaydı, bu gün nə Tövrat, nə İncil, nə də ondan qaynaqlanan Quran olmayacaqdı. Əsirlik həyatı Yəhudiləri o coğrafiyanın ümumi dinindən qopardı, özlərinin genetikasını qoruyan Yəhudilik dinini yaratmağa sövq etdi. Yeni din yaratmağı isə Babildə öyrəndikləri Şumer-Akkad-Misir-Babil dini əfsanələrindən qaynaqlandırdılar.
Sonda o nəticəyə gəldik ki:
• İBRAHİM - Yəhudilərin bioloji babası deyil.
• İBRAHİM - Təktanrıçılığı sıfırdan yaradan deyil.
• İBRAHİM - Yaşayan, yeriyən fərd, şəxs heç deyil.
• İBRAHİM - Ümumi bir simvoldur, "ƏCDADLARIN RUHU", "ATALARIN RUHU" Anizm inancından qalma ümumi, müqəddəs bir mifdir.
Araşdırdı, yazdı: Maarif Bayramoğlu

