Almanlar kənddə gəlib işgəncə verməyə başladılar və sonda 12 uşağı güllələmək üçün cərgəyə düzdülər

Bu gün, 17:04           
Almanlar kənddə gəlib işgəncə verməyə başladılar və sonda 12 uşağı güllələmək üçün cərgəyə düzdülər
Yuriy Gilyovun xatirəsindən:
Almanlar kənddə gəlib işgəncə verməyə başladılar və sonda 12 uşağı güllələmək üçün cərgəyə düzdülər.
Bir neçə kişi uşaqların qabağına keçib özlərini sipər etdilər. Atəşdən sonra uşaqlar sağ qaldılar. İkinci dəfə uşaqları hədəfə alanda bir neçə kişi yenə uşaqların önünə keçdi. Onları da güllələdilər. Bu "oyun" almanların xoşuna gəldi və kənddə kişilər qurtarana qədər davam elədi.
Növbəti dəfə almanların uşaqlara silah qaldırdığı zaman kənddə az sayda qalmış qadınlar önə keçdilər. Almanlar gülərək onları da nişan aldılar...
Bu zaman "Atəş" qışqırığı eşidildi və almanlar yerə ölü düşdülər. Sən demə kişilər aralarında 1 nəfəri kömək üçün partizanların yanına göndəriblər və kömək gələnə qədər öz həyatları bahasına uşaqlara vaxt qazandırmağa çalışıblar.
Onlar öz həyatları müqabilində uşaqların həyatın xilas ediblər. Bu 15-20 dəqiqə ərzində son dəqiqələrini yaşadıqlarını bilə-bilə uşaqların önünə çıxıb ölümə gedirdilər.
Yuriy Gilyov almanlar tərəfindən ölüm hökmü oxunmuş 12 uşaqdan biri olmuşdu.
Zakir Osmanov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru