Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb

Bu gün, 10:54           
Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb
Məhəmməd Əmin Rəsulzadə Seyyid Əzim Şirvaniyə böyük dəyər verərək deyirdi : "Minlərlə bivec seyyidin içindən Seyyid Əzim Şirvani yetişirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!".
Mənə maraqldır ki, niyə Azərbaycanda dərsliklərdə, kitablarda və digər məlumat mənbələrində yazırlar: "1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib". Bəs sual verən yoxdur ki, şair və müəllim niyə birdən-birə 53 yaşında qəfil ölüb? Niyə ona olan sui-qəsdi gizlətməyə çalışırlar?
Guya Seyid Əzim Şirvani məscid qapısında yaradılan süni basabasda ölüb.
Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb. Ayaqlar altında onu əziblər. Onun məscidə daxil olmasını görən mollalar qışıqıraraq - "öldürün kafiri" sözündən sonra yüzlərlə insan onu ayaqlar altına alaraq əzə-əzə qətl ediblər. Meyidini güclə çıxardıblar və ailəsinə təhvil veriblər.
Özünün vəsiyyətinə görə, onu Şahxəndan qəbirstanlığında dəfn ediblər. Şaxəndan (Şahi Xəndan) Nəsiminin böyük qardaşı olub.
P.S
Bəxtiyar Vahabzadə : ŞAİRLƏRİ ÖLDÜRÜRLƏR
Öldürdülər Nerudanı.
Öldürdülər ömrü boyu
Qəm çəkəni, dərd udanı,
Öldürdülər azadlığın nəğməsinə
Nəğməsilə dəm tutanı...
Öldürürlər şairləri
Kimisini birdən-birə
Bıçaq ilə,
Güllə ilə.
Kimisini
Ürəyinə yeridib söz zəhərini
gilə-gilə...
Öldürürlər,
Hədə ilə,
Qorxu ilə,
Təhdid ilə...
Öldürürlər şairləri,
Qana-qana.
Bilə-bilə.
Şairlərin dillərini bağlayanda
Öldürdülər onları öz əllərilə...
Ürəyini dəlib çıxan
fikirləri demək üçün,
Şair dözər hər zülümə.
Dodağını kilidləmək
Şair üçün bərabərdir ölümə.
Öldürürlər şairləri –
Öldürürlər, xəyalları,
fikirləri...
Yox-yox!
Fikir ölə bilməz.
O, şairin cismində yox,
sözündədir.
Ədalətlə cilalanan,
Həqiqətdən qüvvət alan
Qadir sözün qabağında
Güllə nədir,
atom nədir?..
O deyəcək öz sözünü.
Qaynayacaq, o, daşacaq,
o, coşacaq.
Söz həmişə
Ədalətin düşmənilə
vuruşacaq!
Söz yerlərdə sürünməmiş,
Dodaqlarda çiçək açmış.
Doğru sözün qabağında
Yalan sözün rəngi qaçmış.
Söz nəbzidir,
haqq səsidir zəmanənin,
Aynasıdır zəmanənin.
Ey müstəbid, dünənə yox,
bu günə bax!
Sən aynanı sındırmamış
O aynada
Öz eybəcər üzünə bax!
Yalanların boyasıyla
O aynada görəcəksən
düzünü sən!
Yaxşı görür
Şairlərin iti gözü
Yalan ənlik-kirşanın
Dalındakı murdar üzü!
Haqla nahaq,
Gerçəkliklə yalançılıq
üzləşdiyi gündən bəri,
Öldürürlər şairləri...
Haqq istəmək,
Düz danışmaq
hələ qalsın bir tərəfə
Göz yaşı da,
hıçqırıq da
yasaq olan bir ölkədə
Qatı zülmət işıqlıqda,
nur kölgədə...
Buna dözmək?
Necə dözmək?
Xunta qeyri-qanunidir.
Əxlaqsızın törəməsi
bicə dözmək,
Necə dözmək?
Bəxtiyar Vahabzadə
Gəlin, varaqlayaq keçmiş illəri,
Düşünən başlara qılınc çaldılar.
Danteni,
Puşkini,
Feyxtvangeri,
Hadini Vətəndən qaçaq saldılar.
Haqqı bayraq edən,
qədimdən bəri
Batıb iynə kimi gözünə əsrin.
Böyük ürəklərin böyük sözləri
Dəyib sillə kimi üzünə əsrin.
Böhtanlar atıldı, damğa vuruldu
Andı Vətən olan vətəndaşlara.
Bu nədən belədir?
Bir hakim oldu
Həmişə boş başlar dolu başlara.
Nədən qarşı qoydu “mənəm” deyənlər,
Cılız mənliyini yüz-yüz minlərə?
Bu nədən belədir
düşünməyənlər
Bir düşmən kəsildi düşünənlərə?..
Sual yerindədir.
Cavabı: Qorxu!
Boş başlar şübhəylə, qorxuyla dolu!
Zoru bu dünyada haqq sayanların
Ən böyük silahı iftira, böhtan.
Öz nahaq işini anlayanların
Həmişə üşümüş canı qorxudan.
Vuruşmuş, döyüşmüş onlar müttəsil,
Zülmü hədələyən haqqın səsiylə,
Zora güvənənlər, ağılla deyil,
Düşünmüş həmişə əzələsiylə.
Haqqa deyiniblər: - Deyəsən, sənin
Yemin bir balaca artıq olubdur.
Doğru danışanın, doğru deyənin
Papağı həmişə yırtıq olubdur.
Vətəni hamıdan çox sevdiyindən
Vətənin düşməni dedilər ona.
Vətən zindan olub dövrü-qədimdən
Vətənin ən böyük oğullarına.
Ş Aydınoğlu Vahabzadə












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru