Yetimə qoğal haramdır

Bu gün, 17:04           
Yetimə qoğal haramdır
Uşaq vaxtı öz-özümə mahnı oxuyurdum, əsasən də Qədir Rüstəmovun repertuarından. Atam hər dəfə bu "solo konsertim"in şahidi olanda, üzündə heç bir ifadə olmadan sual verirdi: öz oxuduğunu özün eşidirsən?
Bir belə, beş belə, başa düşdüm ki, Məmməd mənə kinayə edir!!!
Mən olam, mənə laf edənə söz çatdırmayam, olmaz axı!
Qayıtdım bir dəfəsində: Məmməd, eşitməyinə eşidirəm, amma və lakin hesab edirəm ki, elə oxuyan Qədir Rüstəmovdur.
İndi Balakişi müəllimi durğuzasan oturduğu, olduğu yerdən, gətirib oturdasan öz yanında, ikidəqiqədənbir deyəsən: eşidirsən? Nə dedi? Necə dedi (yıxılı evin dirəyi - Nunu Mendeş üşün e! Adama deyərlər misal gətirirsən portəgiz üçün, portəgiz xalq yaradıcılığından gətir e)?
Ancaq bir orası da var ki, Azərbaycanda teleməkanda yeni platforma yaratmaq iddiasında olduğunu bəyan etməyəcən cəsarət edən Balaş müəllim, ən pis halda, mənim dədəmə dediyimi mənə deyər: o elə Kote Maxaradze, Nikolay Ozerov, Maslaçenko, Pereturin kimi aparır, sən get Qədir Rüstəmovun repertuarına müraciətinə davam elə.
Mən də təzədən başlayam... "Kommentator" mahnısını oxumağa: "qoyubdur ahu-zarında, neçin gəlməz, neçin gəlməz, həmişə intizarında, neçin gəlməz, neçin gəlməz?
Aydın Can












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru