MƏN HƏLƏ DƏ SAĞAM
5-08-2026, 10:54

TEREF yazır ki, Kanadanın Vankuver şəhərində vaxtaşırı pensiyaçılar üçün müxtəlif tədbirlər keçirilir. Sizə pensiyaçılar üçün təşkil olunmuş belə tədbirlərdən birində bir pensiyaçının çıxışı haqqında danışım. Yaşlı, amma gümrah bir kişi öz çıxışını «Mən hələ də sağam» adlandırdı.
Çoxlu məşhur insanın iştirak etdiyi bir tədbirdə yaşlı bir kişi əsasına söykənərək səhnəyə qalxdı və sakitcə öz yerində əyləşdi. Aparıcı ondan soruşdu:
- Siz hələ də tez-tez həkimə gedirsiniz?
Qoca cavab verdi:
- Bəli, çox tez-tez.
- Bəs nə üçün? - deyə aparıcı maraqlandı.
Qoca gülümsəyərək dedi:
- Çünki xəstələr həkimə getməlidirlər ki, həkim də yaşaya bilsin.
Tamaşaçılar onun bu hazırcavablığına güldülər və alqışladılar. Sonra aparıcı soruşdu:
-Yaxşı, bəs bundan sonra aptekə gedirsiniz?
- Əlbəttə, - deyə qoca cavab verdi, - axı əczaçı da yaşamaq istəyir.
Zalda alqışlar və gülüş səsləri daha da ucaldı.
- Bəs əczaçının sizə verdiyi dərmanları qəbul edirsiniz? - deyə aparıcı davam etdi.
- Xeyr, mən onları tez-tez zibilliyə atıram, - deyə qoca etiraf etdi, - çünki mən də sağ qalmaq istəyirəm.
Zal gülüşdən və alqışlardan lərzəyə gəldi. Çıxışın sonunda aparıcı dedi:
- Bu görüşə gəldiyiniz üçün təşəkkür edirəm.
Qoca cavab verdi:
- Mənə də çox xoş oldu, çünki bilirəm ki, siz də yaşamaq istəyirsiniz.
Tamaşaçılar yenidən bərkdən güldülər və alqışladılar. Həmin an aparıcı sonuncu sualını verdi:
- Bəs siz hələ də WhatsApp şəbəkələrində, WhatsApp qruplarınızda aktivsiniz?
- Bəli, vaxtaşırı mesaj göndərirəm, - deyə qoca cavab verdi, - çünki sağ qalmaq istəyirəm. Əgər mesaj göndərməyi dayandırsam, öldüyümü düşünəcəklər və qrup administratoru məni oradan siləcək.
Deyilənə görə, bu xeyirxah zarafat dünya reytinqində birinci yeri tutub, çünki hamı yaşamaq istəyir.
Allahverdi İsrafilov

