Çində bir qadın yaşayış binasının eyvanından 162 min dollardan çox pulu küçəyə atıb VİDEO

Bu gün, 10:18           
Çində bir qadın yaşayış binasının eyvanından 162 min dollardan çox pulu küçəyə atıb VİDEO
Hadisə Quanqdon əyalətinin Şantou şəhərində baş verib. Bildirilir ki, qadın eyvandan ümumilikdə 1 milyon Hong Kong dollarından artıq məbləği 500 və 1000 HKD-lik əskinaslar şəklində aşağı tullayıb. Küçədə olan insanlar isə pulları toplamaq üçün bir anda hadisə yerinə axışıblar.
Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş iddialara görə, hadisə ailədaxili mübahisədən sonra yaşanıb.
Polis və bina rəhbərliyinin məlumatına görə, atılan pullar həqiqidir. Hadisə ilə bağlı araşdırma davam edir və pulları götürən şəxslərə onları geri qaytarmaq çağırışı edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru