Kəndin qucaqlamadığı uşaq, istilik hiss etmək üçün o kəndi yandıracaq.

4-08-2026, 09:34           
Kəndin qucaqlamadığı uşaq, istilik hiss etmək üçün o kəndi yandıracaq.
Kəndin qucaqlamadığı uşaq, istilik hiss etmək üçün o kəndi yandıracaq.
Afrika atalar sözü
Vay, vay, vay!
Sözə bax!
Əfsanəvi "Xaç atası" filmindəki məşhur səhnəni xatırlayırsınız.
II hissədə balaca Vito Andolininin atasını mafioz Don Çiççio öldürtdürür. Sonra balaca Vitonu da öldürmək istəyir ki, uşaq böyüyüb intiqam almasın.
Vitonun Anası da oğlunu götürüb Don Çiççionun yanına gəlir, ona yalvarır ki, oğluna toxunmasın. Amma gözü qan tutmuş Çiççio ananın yalvarışlarına məhəl qoymur.
Bu an mənə görə "Xaç atası"nın ən təsirli səhnəsi baş verir. Ən təsirlisi!
Ana Anadırsa, kim olursan ol, bir Ananı övladı ilə təhdid edə bilməzsən. Etsən, həlim bir varlıq övladından ötrü canavara çevrilər.
Çiççionun rəhmsizliyini görən Sinyora Andolini paltarının altından bıçağı çıxarır, öz adamlarının yanında olan Çiççionun boğazına dirəyir və Vitoya qaçmağı əmr edir. Vito qaçmaq istəmir, lakin...
Sinyora Andolinini güllələyirlər, balaca Vito qaçmağa macal tapır və sonra, illər sonra balaca Vito Andolini Vito Korleone olub geri qayıdır, valideynlərinin intiqamını Çiççiodan alır.
Afrikalı müdriklərin də dediyi kimi:
"Kəndin qucaqlamadığı uşaq, istilik hiss etmək üçün o kəndi yandıracaq."
P.S. Bunu qeyd etməsəm, olmazdı.
Sinyora Andolini obrazını Maria Karta o qədər möhtəşəm oynayıb ki!
Kiçik bir epizoddur, amma dünya kinosundakı ən möhtəşəm Ana obrazlarından biridir.
P.S.S. Afrikalı müdriklərin sözü mənə həm də "Dogville" filmini xatırlatdı.
Comerd Qaya
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]