“Urmu dünyanı yandıran müharibədə”
5-08-2026, 09:34

Rəhmətulla xan Mütəmədülvüzara I Dünya müharibəsi illərində İran Xarici İşlər Nazirliyinin Urmu idarəsinin rəisi olub və bölgədəki qanlı hadisələri əks etdirən “Urmu dünyanı yandıran müharibədə” əsərinin müəllifidir. Əsərdə deyilir: “Cəbhədən çəkilən rus qoşunu silahlarını xristianlara vermişdi. Təkcə Urmu şəhərində 1918 ilin fevralında 10 min yerli əhalini qırdıqdan sonra, erməni-aysor qüvvələri Salmas, Dilman və Xoyu ələ keçirməyə çalışırdılar. Müsəlman əhalinin xahişi ilə Osmanlı qoşunu yenidən cəbhə xəttini keçib, kütləvi qətilləri dayandırdı. Sakitliyi bərpa edəndən sonra Azərbaycandan çəkilən Osmanlı ordusunun komandanlığı Urmu əhalisini toplayıb, erməni və aysorlardan qənimət kimi ələ keçirdikləri silahları əhalinin almasını təklif etdi. Şəhər ağsaqqalarından biri çıxış edib bildirdi ki, İran dövləti bu münaqişədə bitərəf mövqedə olduğundan, bizim silahlanmağa ehtiyacımız yoxdur”.
Bu cür ağıllsızlıq, az sonra bölgənin müsəlman əhalisini yeni faciələrlə üzləşdirdi.
Эльдар Тагиев

