Şah İsmayıl Xətai müzakirələri bitdimi? Yoxsa hələ sandıqlardan "arqumentlər" çıxacaq?

12-08-2026, 09:34           
Şah İsmayıl Xətai müzakirələri bitdimi? Yoxsa hələ sandıqlardan "arqumentlər" çıxacaq?
Müxtəlif mənbələri, arxiv və tarix materiallarının üstündə yazılı və vizual şəkildə dartışmaları izlədik. Rəhmətlik tarixçi alim Dilavər Əzimlinin yalnız tarixi mənbələr əsasında həm yazılı, həm vizual səsləndirilən fikirlərinin bir daha şahidi olduq. Digər tədqiqatçıların, elm, ədəbiyyat adamlarının, millət vəkillərinin məsələyə münasibətinin də eləcə. Bəzilərininsə vay-şivənli çıxışlarına qulaq asdıqca "az qala onların 500 il öncə Səfəvilər dövründə yaşadıqları"na, sanki "söz və göz şahidləri" olduqlarına "inanmağımız" gəlirdi...
...Nədəndir onsuz da yarımçıq yazılmış tariximizə bu qədər aqressiv münasibət?! Güman ki, bircə izahı var. Onu da vaxtilə böyük şairimiz Bəxtiyar Vahabzadə yazıb. Qətiyyən fərqləndirmədən. Amma şairin sonuncu sualı maraqlı "ayıltma" və "hesab-kitab" nişanəsinə bənzəyir: -Babək soy-köküylə bizdən deyilmiş
Xətai İslamı ikiyə bölmüş
Fətəli allahsiz, Vaqif baz idi
Filankəs azacıq qumarbaz idi

Gecəli-gündüzlü Hadi dəm idi
O əyyaş, bu fərsiz, o biqəm idi
Biri qərəzkardır, biri xəsisdi
Bu ondan yaxşıydı, o bundan pisdi

Natəvan beləydi, Həcər eləydi
Böyüklər önündə o, bir köləydi.
Heç rəhmət demirik amma bir kərə
Milləti ucaldan rəhmətliklərə

Bir deyən yoxmudur, pəki sən nəsən?
Danış bu millətə nə gətirmisən?
Sən böhtan atdığın bu böyuklərin
Yüzdə biri qədər nə iş görmüsən?..
Nezirmemmed Zohrabli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]