Zəngəzur dəhlizi ilə bağlı bir xatirə danışım.
12-08-2026, 15:44

Zəngəzur dəhlizi gündəmdən düşməmiş o yolla bağlı bir xatirə danışım.
1970-ci illərin sonu idi. Atam dostu ilə Qafana maşın almağa getmişdi. Öyrənmişdilər ki, bir tanış erməni babat qiymətə yaxşı maşın satır. Getdilər, heç iki gün çəkməmiş əliboş qayıtdılar, maşınsız. Sən demə Qafana bərk qar yağar, erməni tanış belə havada dağ yollarla sürməyi məsləhət görməz, atamgil də risk etməyiblər, odur ki, maşını qatarla göndərəsi olublar. Neçə gün çəkdi bilmirəm, bir gün xəbər gəldi ki, maşın gəlib, atam gedib Ağdam dəmiryolundan sürüb gətirdi.
02-68 AQE nömrəli yaşıl rəngdə “Jiquli-03”. “Maşın deyirəm ey sənə!” Elə təsəvvür eləyin bu şəkildəki 1959-cu ilin “PV 544” Volvosu kimi klassik, 2025-in “XC 90” Volvosu təki müasir.
Maşına olan uşaq həvəsim bir-iki gün sürdü – arxa şüşəsinin altındakı futbol topu onu üstələdi. O vaxtlar maşının arxasına top qoymaq dəb idi. Sevindiyimdən yerə-göyə sığmırdım. İndi maşınımız öz yerində mənim ilk dəfə dəri futbol topum da olacaqdı. Rezin toplar uşaq-muşaq üçündür!
Bilirsiniz Zəngəzur dəhlizinin açılmasına niyə sevinirəm?! Dəri futbol topum öz yerində, həm də ona ona görə sevinirəm ki, o yol Rusiyanın Qafqazda 200 illik işğalçı mövcudluğuna birdivli son qoyulmasına ümid yaradır.
Gün olsun o yolu maşınla keçək!
Vahid Qazi

